"Belə getsə, Azərbaycan hakimiyyəti..."
"Belə getsə, Azərbaycan hakimiyyəti..."

"Ermənilər hələ də Cənubi Qafqazda sülhü və sabitliyi təhlükə altında saxlayır, Azərbaycan torpaqlarının işğalını davam etdirirlər. Belə getsə, Azərbaycan hakimiyyəti öz iradəsini bütün vasitələrlə ortaya qoyacaq".

Bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib: "Azərbaycan ermənilərin qeyri-insani fəaliyyətini, Cənubi Qafqazda sülhü və sabitliyi təhlükə altına almalarını dəfələrlə pisləyib, Dağlıq Qarabağ münaqişəsinin həllini daha da çətinləşdirən addımlarını ifşa edib və pisləyib. Bununla bağlı Azərbaycan dünyanın müvafiq qurumları qarşısında məsələ qaldırıb. Ermənilərlə aparılan danışıqlarda hələ ki, bir effekt yoxdur"."Belə getsə, Azərbaycan hakimiyyəti..."