Putin Medvedevin namizədliyini baş nazir postuna irəli sürdü
Putin Medvedevin namizədliyini baş nazir postuna irəli sürdü

Rusiya prezidenti Vladimir Putin Dmitri Medvedevin namizədliyini baş nazir postuna irəli sürüb.
Bu barədə Dövlət Dumasının spikeri Sergey Narışkin məlumat verib. Dövlət Duması Dmitri Medvedevin baş nazir postuna namizədliyi ilə bağlı məsələyə mayın 8-də keçirilən iclasında baxacaq. Vladimir Putinin prezident səlahiyyətlərinin icrasına başlaması ilə bağlı bu gün and içməsindən sonra baş nazir səlahiyyətlərini müvəqqəti olaraq baş nazirin müavini Viktor Zubkov icra edir.