Toplumun formalaşması və siyasi maarifləndirmə
Toplumun formalaşması və siyasi maarifləndirmə

Genetik pozuntunun maarifləndirməyə qüsurlu təsiri

Ötən buraxılışlarımızda bildirmişdik ki, insan haqlarının qorunması, hüquqların tanıdılması olmasa normal cəmiyyətdən danışmaq olmaz. Bunu da göstərmişdik ki, siyasi maarifləndirmə bir toplumun ətraf mühitə adaptasiyasına bir başa təsir edən amildir. Nümunə olaraq isə Ermənistanı misal çəkərək bu ölkədə normal cəmiyyətin olmamasını bununla əlaqələndirmişdik.
Amma indi bizi bir sual düşündürür siyasi maarifləndirməsi, insan haqlarının mahiyyətini bilməyən və başqa ölkədə yaşayan toplumda hansı proseslər baş verir? Bu səbəbdən də araşdırmamızı Türkiyədə yaşayan ermənilərin üzərində aparırıq. Qeyd edək ki, Türkiyədə yaşayan ermənilərin psixoloji xəritələri daha maraqlı və çeşidlidir. Ümumilikdə götürəndə Türkiyədə yaşayan ermənilərin psixologiyasının formalaşmasını 3 mərhələyə bölmək olar. Birinci mərhələ Osmanlı mərhələsidir.
Osmanlı mərhələsində ermənilər istər imperiyada , istərsədə cəmiyyətdə müəyyən nüfuz sahibi idilər və bu sahiblik əslində onları Osmanlıdan qoparırdı. Çünki bir tərəfdən kənar qüvvələrlə siyasi sövdələşmələr, bir tərəfdən xristianlıq təşəbbüskarlığı, digər tərəfdən isə bunlardan dolayı Osmanlı torpaqlarının bir hissəsində ermənilərin daha azad hərəkət etmək, daha çox mütləq gücə sahib olma tələbi formalaşırdı. Bu hardasa indiki zamanlarda Gürcüstanın Cavaxetiya bölgəsində yaşayan ermənilərin tutduğu mövqeyə uyğun mövqe idi. Ümumilikdə götürəndə isə Osmanlı zamanında hazırkı Türkiyədə yaşayan ermənilərin beyin mərkəzləri daha çox Yunanıstan və Fransa təsirində idilər. Türkiyədə yaşayan ermənilərin psixologiyasının dəyişməsində ikinci mərhələ Atatürk zamanında və ondan sonrakı mərhələdir. Bu mərhələdə ermənilər daha çox təşkilatlanmışdı, silahlı birləşmələr yaratmışdılar və yeni formalaşmaqda olan Türkiyəyə qarşı aqressiv xətt tutmuşdular. Yenədə bu mərhələdə Fransa və Yunanıstan təsiri erməni beyin mərkəzlərinin üzərində idi və bu Türkiyə üçün ölkədaxilində ciddi narahatçılıqlar yaradırdı. Bu mərhələ Türkiyədə yaşayan ermənilərin ən aqressiv mərhələsi hesab edilə bilinər və məlum aqressiya artıq yalnız Osmanlıya,daha sonra Türkiyəyə qarşı yox, ümumilikdə türk toplumuna qarşı yönəlmişdi. Hesab etmək olar ki, bu mərhələdə erməni kilsəsi, qərbin bir başa dəstəyi ilə formalaşan erməni lobbisi və Böyük Ermənistan iddialı silahlı birləşmələr bir mərkəzdə cəmləşə bilmişdilər və kütlə psixologiyası tam tətbiq edilməyə başlamışdı. Bu mərhələ hesab etmək olar ki, həmdə müasir erməni psixologiyasının əsasıdır. Çünki vərdişlər az qala insan yaranışı, haqları kimi təlqin olunmağa başlamışdı. Bu prosesin nəticəsi olaraq Türkiyədə aqressivləşən erməni toplumu, Qafqazda, İranda və dünyanın əksər ölkələrində yaşayan erməni toplumunuda tam olaraq öz təsir dairəsinə salmışdı. Bunun nəticəsində 1918-ci ildən etibarən erməni toplumunun Azərbaycanda, konkret olaraq Gəncədə, Qubada, Bakıda, indiki Errmənistan ərazisi olan Göyçədə, Zəngəzurda, Sisyanda ağılagəlməz soyqırımlar törətdilər. Məhz bu mərhələ həmdə toplumun bütövlükdə panikgərginlik mərhələsinə keçidi oldu. Deyilə bilinər ki, panikgərginlik fərdə məxsus ola bilər. Amma bir məsələdə var ki, panikgərginlik əlamətləri bir topluma onun yaşam tərzi kimi təlqin olunursa və bu şəkildə tərbiyyələndirilirsə deməli toplum ümumilikdə panikgərginliyi süni şəkildə yaşamış olur. Bu panikgərginliyi bəzi anlarda hətta panikatak keyfiyyətləri ilə əvəzləmək üçün qondarma erməni soyqırımı iddiası sonradan ortaya atıldı. Bütün bunlar isə sözsüz ki, erməni toplumunun psixologiyasına öldürücü zərbə vurdu və nəticədə komplekli, aqressiv bir cəmiyyət yaratmağa müvəffəq oldular.Gəlin bir toplumun panikgərginlik mühitinə salınaraq, psixologiyasının formalaşmasına, tarixdə ziddiyyətli addımları ilə iz qoyan Ceyms Rocersin unikal müalicə metodunu yada salmaqla yanaşaq.
Doktor Ceyms Rocers çox unikal bir sistemlə passientləri müalicə edirmiş və bu unikalıq sonradan qəbul olunmayıb və o edama məhkum edilib. Amma uzun illərdən sonra onun çalışdığı
"Massaçesut psixologiya və nevropatalogiya universiteti" rəsmən bəyan etdi ki, Ceyms Rocersin sistemi həmdə çox effektli olub. Qeyd edək ki, Ceyms Rocers ağır xəstələri özünün işləyib hazırladığı metodla müalicə edirmiş. Belə ki, O, paranoyanı o dərəcədə gücləndirirdi ki, onun yeni dalğası əvvəlkini düzəldirdi. Başqa sözlə, əgər insan hesab edirsə ki, hər yerdə onun ətrafında böcəklər sürünür, doktor Rocers onu inandırırdı ki, əslində doğrudan da belədir və bütün dünyanı böcəklər bürüyüb. Bəzi çox həssas adamlar onları görür, digərləri isə buna o qədər öyrəşib ki, artıq sadəcə onları görmür. Dövlət də bütün bunlardan xəbərdardır, ancaq həyəcan yaratmamaq üçün bunu sirr olaraq saxlayır. Insan özünə tam əmin şəkildə çıxıb gedirdi və inanırdı ki, onunla hər şey qaydasındadır, vəziyyətlə barışıb və çalışır böcəkləri görməsin. Bir müddət sonra xəstə tədricən böcəkləri görməyi tərgidirdi. Yəni onları daha görmədiyini deyirdi.
Doktor Rocers tanış bioloqlardan birindən guya alimləri son dərəcədə heyrətləndirən son kəşfi az-çox elmi dildə izah edən kiçik məqalə yazmağı xahiş edir: təbiətdə insanlardan, demək olar, heç nə ilə fərqlənməyən zürafələr mövcuddur. Yəni fərq ancaq ondadır ki, onların ürəyi bir qədər böyükdür, öd kisəsi bir az balacadı. Ancaq davranışı və xarici görünüşü, hətta düşüncə obrazı tam eynidir. Alimlər bu informasiyanı çaxnaşma salmamaq üçün açıqlamır. Məqaləni oxuyan hər kəs isə onu yandırmalıdır. Bundan sonra xəstə sakitləşdi və adi həyata qayıtdı. Bunuda qeyd edək ki, Rocersin öləndən sonra bir məktubu çap olunur və orda psixoloq maraqlı bir neçə fikir söyləyir: "Siz həddən artıq bir fikrə öyrəşmisiniz ki, hamı dünyanı eyni cür dərk edir. Ancaq bu belə deyil. Əgər siz bir yerə yığışıb sizin üçün adi və aydın təsəvvürləri bir-birinizə danışmağa cəhd etsəniz, onda anlayacaqsınız ki, hamınız tamamilə fərqli dünyalarda yaşayırsınız. Yalnız sizin komfortunuz psixoloji rahatlığınızı müəyyən edir. Bu halda özünü zürafə hesab edən adam və dünyada bu təsəvvürlər yaşayan adam otun yaşıl, səmanın isə mavi olduğunu hesab edən adam qədər normaldır. Sizlərdən kimsə UNO-ya, kimsə Allaha, kimsə səhər yeməyinə və bir fincan kofeyə inanır.
Öz inamınızla harmoniyada yaşayarkən siz tamamilə sağlamsınız. Ancaq öz nəzər nöqtənizi müdafiə etməyə başlayan kimi - Allaha inam sizi öldürməyə məcbur edəcək, UNO-ya inam - oğurlanmaqdan qorxu yaradacaq, səhərlər bir fincan kofeyə inam - dünya görüşünüzün mərkəzi olacaq və həyatınızı dağıdacaq. Fizik sizə öz dəlillərini gətirəcək ki, səma mavi rəngdə deyil, bioloq isə sübut edəcək ki, ot yaşıl deyil. Sonda siz boş, soyuq və sizə tamamilə tanış olmayan bir dünya ilə təkbətək qalacaqsınız. Bu da çox güman ki, bizim dünyamızdır. Ona görə də dünyamıza hansı kabusları məskunlaşdırmağınızın fərqi yoxdur. Hələ ki, siz onlara inanırsınızsa, onlar mövcuddur, hələ ki, siz onlarla döyüşmürsünüzsə - onlar təhlükəli deyil". Bəli, burda bir həqiqət var. Və erməni toplumunun psixologiyasının son mərhələlərdə formalaşmasında Rocersin sistemi geniş anlamda tətbiq olunub və nəticədə erməni toplumu ağır bir soyqırıma məruz qaldığını, əzablar yaşadığını, Böyük Ermənistanın mütləq mövcudluğunu , ətraf mühitin onlara nifrət etdiyinə tam inanıblar. Qalır özünə zurafə deyən şəxsin,zurafə olmadığını qəbul etdiyi kimi, erməni toplumununda əzablara məruz qalmadığını qəbul etməsini. Bunuda vurğulayaq ki, məhz bu mərhələdə erməni toplumunun psixologiyası ümumilikdə ermənilərdən kənarda formalaşdırılmış və nəticələr göz qabağındadır. Atatürk Türkiyə cümhuriyyətini qurandan sonra aqressivləşdirilmiş toplu artıq qarşısında can verən bir Osmanlının yox, güclü bir dövlətin durduğunu hiss edəndən sonra yanaşma tərzlərində dəyişikliklər etməyə çalışdılar. İlk növbədə silahlanmış qüvvələr və erməni kilsəsi kölgəyə çəkildi, Yunanıstan və Fransa təsirində olan qüvvələr isə türkiyəni tərk edərək Avropada və ABŞ-da erməni lobbisi quruculuğuna keçid etdilər. Türkiyənin özündə qalan ermənilər isə bir qismi eyforik durumdan çıxaraq, rahat həyat tərzi seçmək üçün, bir qism isə dünənki günahlardan yayınmaq üçün türkləşməni qəbul etdilər. Bu o zaman idi ki, Türkiyədə türkləşmə prosesi başlamışdı və əslində sadəcə olaraq şəxsiyyət vəsiqələri üzərində olan türkləşmə idi. Məsələn, Qardaşyan, Qardaşxanlı olmaq fürsəti qazanmışdı. Demək olar ki, 50 ildən çox bir müddətdə Türkiyədə erməni toplumu cəmiyyətin ən passiv zümrəsinə çevrilməyə başladı. Çünki bir qismdə qorxu psixologiyası, bir qismdə isə keçmişdən imtina güc gəlirdi. Bunun qarşılığında isə Qafqazlarda ermənilər gücləndirilir, Ermənistan dövləti formalaşdırılır, Türkiyəyə qarşı ərazi iddiaları daha sistemli hala salınırdı. Bununla paralel olaraq erməni kilsəsi ilə erməni lobbisi dünya erməniləri üzərində ki, domenantlıqlarını artırmağa və kütlə psixologiyası ilə zəngin NLP sistemini toplum üzərində tətbiqə çalışırdılar. Türkiyə ermənilərinin mövcudluğu beləcə 50 ildən çox diqqəti cəlb etmədi. Elə bunun səbəbi idi ki, hətta Ermənistanda yaşayan ermənilər Türkiyə ermənilərini tam olaraq qəbul etmirdilər. Amma Atatürk sisteminin Türkiyədə get-gedə zəifləməsindən sonra passiv mövqeyə çevrilən erməni toplumunun bir qismi aktivləşməyə meyl etdi. Bu məqamda psixoloji çalarlara yox, daha çox konfliktoloji və geosiyasi məqamlara diqqət ayırmaq çox vacibdir. Son 20 ilə qədər müddətdə Türkiyə daha çox PKK problemi ilə Yunanıstan problemini yaşayırdı və belə olan halda aqressiyasını qoruyub saxlayan , amma passiv mövqe seçən Türkiyə erməni qruplaşması daha çox Türkiyə-PKK savaşının genişlənməsinə və bununla Türkiyənin zəifləyəcəyinə ümid edirdilər. Bu səbəbdən Türkiyədə türk-erməni qarşıdurmasından yayınır və türk-kürd probleminin qabarması üçün Avropadakı erməni lobbisi daha çox aktivlik göstərirdi.