İnsan haqlarının pozulduğu meydanın qəribəlikləri
İnsan haqlarının pozulduğu meydanın qəribəlikləri
Ermənistanda insan faktoru unudulub

Bu gün insan haqlarının pozulduğu cəmiyyətlərdə yaşanan mənəvi böhranın fəsadlarını hər an hiss etməkdəyik. Çünki insan hüquq və azadlıqlarının pozulduğu bir cəmiyyət özlüyündə ətraf mühitə də təsirini göstərir. Və belə cəmiyyətlərdə insanların psixologiyasında ciddi problemlər yaranır ki, bu da onların harda olmasından aslı olmayaraq süni gərginliklər yaratmaqları ilə tamamlanır.
Bu baxımdan qonşu Ermənistanda baş verənlərə diqqət ayırmaq maraqlı olardı. Ümumilikdə götürəndə bu ölkədə elementar haqların belə olmaması, insan faktorunun nəzərə alınmaması insanlarda bir dəyişkənlik, ətraf mühitə aqressiya yaratmaqdadır. Çox qəribədir ki, bu aqressiya gənclərdə daha çoxdur və bu yazıda insan haqlarından kənarda qalan 16-30 yaş aralığında olan və Ermənistanı tərk etməyən qadınların psixoloji durumunu nəzərinizə çatdıracağıq. Bu yaş aralığında olan və Ermənistanı tərk etməyən qadınlarda özünəinam ətraf mühit tərəfindən formalaşdırılır və burada bir sıra prinsipial məqamlar mövcuddur. Belə ki, ilk öncə qeyd etmək lazımdır ki, erməni toplumu say azlığını hər zaman bir kompleks kimi yaşayıb və "toplu get-gedə tükənir" çağırışı bu topluda həm də aqressiyanı artırıb. Məhz buna görə də Ermənistanı tərk etməyən 16-30 yaş aralığındakı qadınlar, toplumun sayını artıracaq əsas baza hesab edilirlər. Bu qadınlar da özlərinə bu yanaşmanı aydın şəkildə görürlər və buna görə də onlarda şəxsiyyətin ikiləşməsi prosesi sürətlə inkişaf edir. Onlar daha azad yaşamağa can atsalar da, istəklərinə uyğun həyatı yaşamağa çalışsalar da, məcburi ailə qurmağa məhkum olunduqlarını hiss edir və bununla razılaşırlar. Apardığımız araşdırmalar sübut edir ki, erməni toplumunda fiziki qüsuru olan uşaqların doğulmasında məhz şizofrenik yüklü mühitin, şəxsiyyət ikiləşməsinin böyük təsiri var. Bundan başqa bu yaş aralığında olan qadınların formalaşmasına şəhər və əyalət mühiti də öz təsirini göstərir və aydın olur ki, əyalətlərdə yaşayan bu yaş aralığındakı qadınlar intihara çox meyllidir. Səbəb isə arzular və reallıqlar arasında mövcud olan ciddi fərqlərlə, insani yaşam haqlarına sahib olmamalarıyla, onlara məxsus fikir və düşüncələrin ətraf mühit tərəfindən ciddi qəbul olunmamasıyla bağlıdır. İntihara meylli olan bu təbəqə isə daha açıq şəkildə ətrafa nifrətlə yanaşır və bu qadınlarda dinə ciddi meyllilik hiss olunur. Bu baxımdan kilsə məlum təbəqəyə həm də özünün real auditoriyası kimi yanaşır. Ümidi ailədən kənarda, arzu və xəyallarda, dini baxışlarda axtaran bu yaş aralıqlı qadınlar bir müddətdən sonra hökmranlıq edirlər və idarəetməyə həddindən artıq meylli olurlar. Bu da ailənin formalaşmasına öz ciddi təsirini göstərir. Ən azından ona görə ki, bu yaş aralığında olan qadın həyat yoldaşı və övladları üzərində bütün hökmünü təmin etməyə çalışır. Qeyd edək ki, Ermənistandan kənarda yaşayan 16-30 yaş aralıqlı qadınlarda idarəetməyə bu şəkildə meyl yaş həddi artdıqdan sonra baş verir. Başqa bir məqam da ondan ibarətdir ki, Ermənistanda yaşayan bu yaş aralıqlı qadınlarda ekstravertlik xüsusiyyətləri müşahidə olunur və bu fərdi şəkildə deyil, toplum halındadır. Bu isə sözügedən təbəqəni təşkil edən qadınlara mühitin eyni cür təsir etməsi ilə bağlıdır. Məhz mühitin təsiri nəticəsində ekstravertlik xüsusiyyətləri qabarır. Məlumdur ki, ekstravertlər ünsiyyətcil və impulsivdirlər, ətraf mühitdə baş verənlərlə daha çox maraqlanırlar, ətrafdakı insanların düşüncələrini daha çox önəmsəyirlər, öz düşüncələrini və fikirlərini ətraf mühitlə paylaşırlar, müəyyən şeylərin izahını ətrafdakı insanlardan almağa çalışırlar. Çox maraqlı bir psixoloji məqam ondan ibarətdir ki, bu insanlarda empatiya qurma keyfiyyəti artdığı üçün, ektravertlik fərdi keyfiyyətdən toplu keyfiyyətinə çevrilib. Ancaq empatiya qurma yalnız və yalnız özləri kimi həyat tərzi keçirən, yaşadıqları daxili yalnızlığı yaşayan insanlara qarşı yaranır. Nəticə etibarilə bu kateqoriyanı təşkil edən təbəqə bir nəsil kimi formalaşır. Empatiya qurma özünü qarşıdakı insanın yerinə qoymaq, onun hiss etdiklərini hiss etmək və
dərdinə şərik olmaq deməkdir. Ancaq məsələ burasındadır ki, sözügedən yaş aralığında olan erməni qadınları bir-birini bir özgəsi kimi deyil, bir-birinin davamı, həyat şəriyi kimi görür və burada qarşıdakı insanın keçirtdiyi hissləri duymaq və dərdinə şərik olmaq, elə özünədəstək deməkdir. Mühüm bir məqam da ondan ibarətdir ki, bu halda indentifikasiya prosesi baş verir. Bu da kütlə psixologiyasına Gustave Le Bon yanaşması deməkdir. Çünki identifikasiya prosesi elə bir sosiallaşmadır ki, bunun nəticəsində insan özünü ətraf mühitdəki insanların empatiyası əsasında digərləri ilə şüurlu və ya şüursuz olaraq eyniləşdirir, özünü bu rabitələrlə bağlı şəxs kimi aparır və bəzən MƏN anlayışı ümumiləşir.. Məhz bu yaş aralığında Ermənistandan köç edən erməni qadınları ilə Ermənistanda yaşayan qadınlar arasında fərq yaranır. Çünki bu yaş aralığında olan və Ermənistanı tərk edən qadınlarda libido qabartısı başlayır. Elə ümumilikdə götürəndə fərq də budur. Digər tərəfdən çox maraqlı haldır ki, ilkin yaşayış yerlərini tərk edə bilməyən 16-30 yaş aralıqlı erməni qadınlarında aqressiyadan öncə kəskin hərəkətsizlik və patoloji yorğunluq halları daha qabarıq olur. Sonra isə onlarda bu adinamiya problemi intiharla tamamlanır. Ancaq bu mərhələni keçdikdən sonra öncə analıq, sonra ailəyə sahiblənmək və daha sonra ətraf mühiti özünə oxşatma halı başlayır. Bu məqamda kütlə psixologiyasına keçid və erməni kişilərinin geriyə doğru inkişafı - reqressiyası baş verir. Başqa cür desək, erməni qadınları özlərində formalaşmış kompleksləri daha kobud və deformasiya olunmuş şəkildə kişilərə yeridə bilirlər. Etnoloji baxımdan yanaşsaq, qeyri-millətdən olan kişilərlə ailə quran bu yaş aralığındakı erməni qadınları ilk mərhələdə öz komplekslərindən qurtulurlar və növbəti mərhələdə doğulduqları mühiti tərk edərək düşdükləri mühitdəki kimi mühit formalaşdıra bilirlər. Tək bir şərtlə ki, övlad ana genetikasına daha çox meyllənir. Bu isə fərdin şəxsiyyət problemi yaşaması ilə bağlıdır. Nədən? Yuxarıda da qeyd etdiyimiz kimi Ermənistanda yaşayan 16-30 yaş aralıqlı qadınlar dinə, ilahi qüvvələrə, öz xəyallarına daha çox qapanır və belə demək mümkünsə, E.Torndayk, C.Dyui yanaşmasını reallıqda yaşayırlar. Əslində bu psixologiyanı əyalət insanlarının 80%-i yaşayır və burada bioloji faktor o qədər qabarır ki, təsiraltına düşmə və ya özünümüdafiə sistemi yaranır. Bunu da qeyd edək ki, Ermənistanda gənclərə olan laqeyidlik, ordudakı korrupsiya bu toplumun genetik kodlarına da ciddi təsir edir. Bu isə o deməkdir ki, ölkə daxilində nə qədər insan haqları pozulursa, bir o qədər də topluda dəyişikliklər baş verir ki, bunun da ağrısını ətraf toplular da çəkir. Bir məqama da aydınlıq gətirək ki, hətta Ermənistandan kənarda yaşayan ermənilərdə də bu psixoloji pozuntu ən yüksək həddədir. Çox qəribədir ki, ABŞ-da yaşayan ermənilərin düşüncəsində ancaq xəyallarda var ola biləcək qüdrətli bir Ermənistan dövləti mövcuddur. Onların düşüncəsindəki bu Ermənistan hər zaman əziyyətlərə, basqılara tuş gəlsə də, öz qüdrətini qoruyub saxlaya bilən Ermənistandır. ABŞ-da yaşayan erməni gənclərində bir fanatizm hökm sürsə də, yaşlı təbəqəsi bu günə qədər yaratdıqları tabuları itirmək qorxusu ilə yaşayır. Buna görə də Ermənistana daha çox nəzarət etmək, dövlət içində bir dövlət yaratmaq istəyi mövcuddur. Prinsip etibarı ilə onlar üçün Ermənistanda yaşayan ermənilər yox, Ermənistanın özü əsasdır. Bunu da qeyd edək ki, erməni lobbisinin əsas rıçaqları da ABŞ-da yaşayan ermənilər olduğu üçün hökm etmək istəyi onlarda daha qabarıq şəkildə ortaya çıxır. Digər tərəfdən ABŞ-da yaşayan ermənilər Ermənistan ermənilərini həm də maddi
resurslarla təmin etdikləri üçün tam nəzarətlərində saxlaya bilirlər və bu işdə uzun illər erməni kilsəsinin imkanlarından yararlanıblar. Bunun nəticəsidir ki, Ermənistan erməniləri ABŞ və Avropada yaşayan ermənilərə bir tərəfdən həsədlə yanaşır, digər tərəfdən də onları hər zaman özlərinə borclu bir toplu kimi bilirlər. Avropa ermənilərinin ABŞ ermənilərindən fərqi isə ondadır ki, birincilər özlərini Ermənistanın siyasi həyatında daha gərəkli təbəqə kimi qəbul edir və onların siyasi proseslərə müdaxilə etmək imkanları da böyükdür. Bu baxımdan Fransa kimi bir dövlətin mövcudluğu Avropa ermənilərinin daha iddialı olmasına birbaşa təsir edir. Bundan başqa, Avropa ermənilərində türk toplumuna nifrət və bu nifrəti aşılamaq həvəsi daha güclüdür. Bu da sözsüz ki, Türkiyənin hər zaman Avropada güc sahibi olması və sivilizasiyaların toqquşması ilə bağlıdır. Avropa ermənilərinin xristian bayrağından daha çox istifadə etməsinin başlıca səbəbi də məhz budur. Amma qəribədir ki, Avropa erməniləri ABŞ ermənilərindən fərqli olaraq melanxolikliyə meyllidirlər, bu keyfiyyət də Rusiyada yaşayan ermənilərlə Avropada yaşayan ermənilərin bir-biri ilə daha rahat ünsiyyət qurmasına təkan verir. Ancaq Rusiyada yaşayan ermənilərdə strateji düşmən hesab etdikləri toplulara yanaşmada fərq var. Məsələn, Rusiyada yaşayan ermənilər azərbaycanlılarla təmasa daha çox həvəs göstərirlər. Bunun bir səbəbi qafqazlı həmrəyliyinin nümayiş etdirilməsidir. Bir məqamı da vurğulayaq ki, Avropa erməniləri ABŞ erməniləriylə müqayisədə özlərini daha aktiv təbəqə hesab edirlər. ABŞ erməniləri isə nə qədər hökm edən təbəqə olsalar da, xarakter etibarı ilə daha çox indifferentdirlər, onlarda bir laqeydlik hökm sürür, bəlkə də özündənrazı obrazını yaratmaqdadırlar.