DÇ-2014-ün hələlik ən yaxşı 10 futbolçusu
DÇ-2014-ün hələlik ən yaxşı 10 futbolçusu

Onların arasında kimlərin adları var?

Braziliyada davam edən dünya çempionatının ən yaxşı 10 futbolçusu müəyyənləşib. "Gastrol Analiz İndeks" şirkəti mundialda özünü yaxşı tərəfdən göstərən futbolçuların siyahısını hazırlayıb.

İlk yeri Fransa millisinin üzvü Kərim Benzema tutur. Növbəti iki pillədə Hollandiya yığmasının üzvləri Robin van Persi ilə Aryen Robben qərarlaşıb.
Beləliklə, DÇ-2014-ün hələlik 10 ən yaxşı futbolçusu:
1.Kərim Benzema (Fransa)
Xalı - 9.77
2. Robin van Persi (Hollandiya)
Xalı - 9.72
3. Aryen Robben (Hollandiya)
Xalı - 9.67
4. David Luis (Braziliya)
Xalı - 9. 63
5. Vinsent Enyema (Nigeriya)
Xalı - 9.59
6. İvan Perisiç (Xorvatiya)
Xalı - 9.56
7. Enner Valensiya (Ekvador)
Xalı - 9.53
8. Gilyermo Oçoa (Meksika)
Xalı - 9.49
9. Xames Rodriges (Kolumbiya)
Xalı - 9.46
10. Fil Caqelka (İngiltərə)
Xalı - 9.44
Bu arada FİFA Braziliyada keçirilən dünya çempionatının 1/8 final oyununun nəticələrinə uyğun olaraq futbolçuların faydalılıq əmsalını dərc edib. Hələlik çempionatın ən faydalı futbolçusu braziliyalı müdafiəçi David Luis hesab edilib.
Luisin faydalılıq əmsalı 9,79 hesab olunub. Onun ən yaxın izləyicisi Kolumbiya yığmasının hücumçusu Xames Rodriqesdir. Keçirdiyi bütün oyanlarda matçın ən yaxşısı hesab olunan Lionel Messinin adı isə ilk onluğa düşməyib.
Ən faydalı oyunçuların ilk onluğu:
1. David Luis (Braziliya) - 9,79
2. Xames Rodriqes (Kolumbiya) - 9,74
3. Kərim Benzema (Fransa) - 9,7
4. Aryen Robben (Hollandiya) - 9,66
5. Yan Vertonqen (Belçika) - 9,62
6. Neymar (Braziliya) - 9,59
7. Tyaqo Silva (Braziliya) - 9,56
8. İvan Perişiç (Xorvatiya) - 9,53
9. Yohan Curu (İsveçrə) - 9,5
10. Tomas Müller (Almanya) - 9,48
Onu da deyək ki, Braziliyada keçirilən dünya çempionatının ən yaxşı oyunçuları adlarına namizədlər gələn həftə açıqlanacaq. Turnirin texniki komitəsi ən yaxşı qapıçı, ən yaxşı gənc oyunçu və ən yaxşı oyunçu adlarına namizədləri elan edəcək.
Bu barədə Rio-de-Janeyroda keçirilən brifinqdə bildirilib. Qaliblərin adı isə final matçından dərhal sonra məlum olacaq. Final iyulun 14-də Bakı vaxtı ilə saat 00:00-da "Marakana" stadionunda baş tutacaq.

İlkin Həsənoğlu