Kəmaləddin Heydərov açılışda
Kəmaləddin Heydərov açılışda

Nazir zəlzələ nəticəsində qəzalı vəziyyətə düşdüyü üçün yenidən tikilən iki məktəb binasının açılışında iştirak edib

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Zaqatalaya səfər edib.
K.Heydərov Zaqatalada 2 il əvvəl baş verən zəlzələ nəticəsində qəzalı vəziyyətə düşdüyü üçün sökülərək yenidən tikilən iki məktəb binasının açılışında iştirak edib.
3 saylı Aşağı Tala kənd orta məktəbi 750, 4 saylı Yuxarı Tala kənd orta məktəbi isə 400 şagird yerlikdir.
K. Heydərov Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən rayon yanğından mühafizə hissəsinin yeni inzibati binasının açılışına da qatılıb.