Əliməmməd Nuriyev partiya yaradır
Əliməmməd Nuriyev partiya yaradır

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev yeni yaradacağı partiya barədə qısaca danışıb.
O, açıqlamasında partiyanın yaradılması istiqamətində işlər görüldüyünü deyib.
Ə.Nuriyev hazırda Türkiyəyə səfərə hazırlaşdığını qeyd edib: "Türkiyədən qayıdandan sonra bu barədə ətraflı məlumat verəcəm".
O, partiyasında kimlərin təmsil olunacağı barədə suala da Türkiyə səfərindın sonra cavab verəcəyini söyləyib.
Qeyd edək ki, sabiq millət vəkilinin partiyası Yaşıllar Hərəkatı Partiyası adlanacaq.