Novruz Məmmədov: "Azərbaycan Prezidentinin Vyetnama səfəri tarixi səfərdir"

Bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz twitter səhifəsində yazıb.
N. Məmmədov bildirib: "Dövlət səfəri çərçivəsində möhtəşəm rəsmi qarşılanma mərasimi oldu. Ho Şi Minin mavzoleyini ziyarət etdik. Prezidentin Azərbaycan universitetlərinin 300-dən çox vyetnamlı məzunu ilə təsirli və unudulmaz görüşü oldu". Prezident Administrasiyası rəhbərinin müavininin sözlərinə görə, Azərbaycan Prezidentinin Vyetnama dövlət səfəri çərçivəsində çox mühüm tədbirlər var.