Sabir Hacıyev Afinaya gedir
Deputat AŞPA-nın Siyasi işlər və demokratiya komitəsinin iclasında iştirak edəcək

Milli Məclisin deputatı Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya komitəsinin iclasında iştirak etmək üçün mayın 6-dan Yunanıstanın paytaxtı Afinada səfərdə olacaq.
Tədbirdə daha mükəmməl Avropa demokratiyasına doğru atılan addımlar, Avropanın üzləşdiyi problemlər, Kosovoda vəziyyət, Orta Şərq və Aralıq dənizinin cənub bölgəsində etiqad azadlığı, bu ərazidə dini icmaların durumu və təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə olunacaq.
Deputatımız müzakirəyə təqdim edilən məsələlərə dair öz münasibətini bildirəcək, təkliflərini verəcək.
Səfər mayın 9-da başa çatacaq.