UEFA-dan məşhuür fransız klubuna ağır cəzalar
UEFA-dan məşhuür fransız klubuna ağır cəzalar

PSJ niyə qitə futbol qurumunun qəzəbinə gəldi?

UEFA PSJ-ni Maliyyə qaydalarına riayət etmədiyi üçün ağır cəzalandırıb .
Fransanın "LEquipe" qəzetinin yaydığı xəbərə görə, yüksək məbləğli transferlərlə diqqət çəkən Paris təmsilçisi normadan 30 milyon avro artıq pul xərcləyib. Bu səbəbdən qitənin ali futbol qurumu kluba bir neçə cəza verib. Ən ağır cəzalar sırasında klubun 60 milyon avro cərimələnməsi olub.
UEFA-nın tələbinə əsasən, PSJ-ə verilən cəzalar aşağıdakı kimidir:
- PSJ 60 milyon avronu üç mövsüm ərzində ödəməli;
- Klubun xərclədikləri ilə qazandıqları arasındakı fərq 30 milyon avro avrodan çox olmamalı;
- PSJ Çempionlar Liqasına heyətində 25 deyil, 21 futbolçu ilə getməli (səkkizi aşağı yaş qrupundan);
- PSJ-nin futbolçulara ödəyəcəyi ümumi məbləğ 240 milyon avrodan çox olmamalı, yeni transfer etsə, futbolçularından birini satmalıdı;
- Transfer büdcəsi 60 milyon avronu keçməməlidir.
Göstərilənlərə əməl olunmasa, kluba başqa cəzalar da tədbiq ediləcək.
İlkin Həsənoğlu