Dünya futbol tarixinin ən bahalı müdafiəçiləri müəyyənləşdi

Siyahıda hansı ulduz oyunçuların adları var?

Futbol tarixinin ən bahalı müdafiəçiləri məlum olub.
Xarici KİV-lərin yaydığı xəbərə görə, ən yüksək təzminat qiyməti "Mançster Yunayted"in müdafiəçisi Rio Ferdinand üçün ödənilib.
"Qırmızı şeytanlar" bu oyunçu üçün "Lids Yunayted"ə 40 milyon funt sterlinq ödəyib. Tiaqo Silva (PSJ) siyahıda ikinci, Lilian Türam ("Yuventus) isə üçüncü olub.
Futbol tarixinin ən bahalı müdafiəçilər aşağıda adları qeyd olunanlardır:
1. Rio Ferdinand - "Lids Yunayted"dən "Mançester Yunayted"ə 40 milyon funt sterlinqə transfer olunub.
2. Tiaqo Silva - "Milan"dan PSJ-ə 37 milyon funt sterlinqə transfer olunub.
3. Lilian Türam - "Parma"dan "Yuventus"a 36.5 milyon funt sterlinqə transfer olunub.
4. Daniel Alveş - "Sevilya"dan "Barselona"ya 31 milyon funt sterlinqə transfer olunub.
5. Markinyos - "Roma"dan PSJ-ə 27.5 milyon funt sterlinqə transfer olunub.
6. Alessandro Nesta - "Latsio"dan "Milan"a 27 milyon funt sterlinqə transfer olunub.
7. Fabio Koentrau - "Benfika"dan Madrid "Real"ına 26.5 milyon avro transfer olunub.
8. David Luis - "Benfika"dan "Çelsi"yə 26.5 milyon funt sterqlinə transfer olunub.
9. Pepe - "Portu"dan Madrid "Real"ına 26.5 milyon funt sterlinqə transfer olunub.
10. Rikardo Karvalyo - "Portu"dan "Çelsi"yə 26.5 milyon funt sterlinqə transfer olunub
İlkin Həsənoğlu