Sülh Korpusu yoxsa kəşfiyyat şəbəkəsi?
Sülh Korpusu yoxsa kəşfiyyat şəbəkəsi?

ABŞ sona qədər Sülh Korpusunun Bakıda qalmasına çalışacaq

"Azərbaycan Təhsil Nazirliyinin Amerikadan Azərbaycana könüllülərin yeni qrupunun gətirilməsini istəməməsi bizi məyus etdi".Bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib. O, bir həftə əvvəl bu məsələ ilə bağlı Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovla görüşdüyünü söyləyib: "Nazir aydın şəkildə bildirdi ki, bu addımda məqsəd Amerika Sülh Korpusunun fəaliyyətini məhdudlaşdırmaq deyil. Sadəcə, nazirlik özünün qaydalarını nəzərdən keçirmək istəyir.

Nazir əmin olmaq istəyir ki, ölkəyə gələn könüllülər lazımi və doğru ünvanlara yönəldiləcək. O, bizi əmin etdi ki, hazırda ölkədə olan Sülh Korpusunun könüllüləri fəaliyyətlərinin sonuna kimi ölkədə qala biləcəklər. Mən inanıram ki, Təhsil Nazirliyi öz qaydalarını nəzərdən keçirdikdən sonra biz yeni razılaşma əldə edə biləcəyik. Bu da yeni könüllülər qrupunun Azərbaycana gəlməsinə imkan verəcək. Hər şeyi zaman göstərəcək". Maraqlıdır, nədən ABŞ bu qədər həssaslıqla Sülh Korpusunun Azərbaycanda qalmasına çalışır? Ekspertlər hesab edir ki, Sülh Korpusu olaraq xarici ölkələrdə fəaliyyət göstərən bu qruplar əslində daha çox xüsusi xidmət oranlarının maraqlarını həyata keçirən insanlar olur və demək olar ki, fəaliyyətlərində əsas məqsəd ABŞ maraqlarını həyata keçirtməkdir. Bunu da qeyd edək ki, Sülh Korpusunun geniş fəaliyyət göstərdiyi ölkələrin hər birində hakimiyyət dəyişiklikləri qaçılmaz olub. ABŞ-in Sülh Korpusunun regionda ilk çevriliş etdiyi ölkə isə Gürcüstan oldu. Ekspertlər bunu da bildirir ki, Sülh Korpusu adətən əyalətlərdə fəaliyyətə üstünlük verirlər və milli azlıqlar arasında aktivlik yaratmağa çalışırlar. Elə Azərbaycanda da bunlar əsasən Qusar bölgəsində məskunlaşıblar və əsas məqsədləri aşağıdakılardır.
1. Bölgələrdə Qeyri Hökümət Təşkilatlarının yaradılması
2. Siyasi partiyaların bölgələrdə aktivliyinin artırılması
3. Gənclər təşkilatlarının yaradılması
Bunu da qeyd edək ki, Sülh Korpusunun aktivliyi əsasən seçkilər dönəmində daha çox qabarır və sonuncu dəfə Gədəbəydə seçkilərdən öncə müəyyən gərginliklər yaratmağa çalışdlılar. Bundan başqa bu gün dünyanın müxtəlif ölkələrində problemlər yaradan qurumlardan biri də "Soros" fondudur. Elə Ukraynanın , Gürcüstanın torpaq itkisinə məruz qalmasınında kökündə məhz bu fond durur. Belə ki, "Soros" fondu hər iki ölkədə hakimiyyət dəyişikliyini süni şəkildə sürətləndirdi və Rusiya ilə üz-üzə qoydu. Ümumiyyətlə istər "Soros" fondunun, istərsə də Sülh Korpusunun əsas missiyalarından biri də possovet ölkələri ilə Rusiya arasında uçurum yaratmaqdır. Elə götürəyin Ukraynanı. Təbii şəkildə Avropaya inteqrasiya edən Ukrayna qarşısında konkret şərt qoyuldu və tələb olundu ki, Avropa İttifaqına şərtsiz olaraq qəbul olunmalıdır. Nəticə isə göz qabağındadır. Ən qəribəsi isə budur ki, ardıcıl şəkildə possovet ölkələrini Rusiya ilə üz-üzə qoyandan sonra lazımı dəstəyi də vermirlər. Necə ki, Gürcüstanı Rusiya ilə üz-üzə qoyub nəticədə bir neçə bəyanat verməklə işlərini tamamladılar Bütün bunları nəzərə alaraq Azərbaycan hakimiyyətinin həyata keçirtdiyi siyasəti normal qəbul etmək lazımdır. Hələ ötən il ABŞ-la sıx bağlılığı olan bəzi təşkilatların ölkədə siyasi durumu gərginləşdirməyə çalışdığını gördük. "Soros" fondu tərəfindən maliyyələşən bu təşkilatlar müxalifətin aktivləşməsinə və ölkədə mitinqlərin vüsət almasına çalışdılar. Məhz onda aydın oldu ki, bu qüvvələr hətta kütləvi iğtişaşların yaranması üçündə planlar hazırlayıblar. Amma Rusiyanın müxalifətə dəstək verdiyini görəndən sonra bu qüvvələr fəaliyyətlərini zəiflətdilər. Qarşıda parlament seçkiləri var və bu qüvvələr Azərbaycana yenidən təzyiq etmək üçün hansısa planları həyata keçirtməyə çalışacaqlar. Bütün bunları nəzərə alaraq Sülh Korpusu və s. tipli təşkilatların fəaliyyəti ölkədə tamamı ilə dayandlırılmalıdır, ya da ciddi nəzarət təşkil olunmalıdır. Bunu da eyd edək ki, Sülh Korpusunun əsas fəaliyyətindən biri də xarici ölkələrdə təhsil alıb ölkəyə qayıdan gəncləri mərkəzləşdirilmiş şəkildə idarə etməkdir.
Mehdi Əli