Oynamadan qazandıq: Azərbaycan millisindən görünməmiş rekord!
14:01 11-04-2014
İDMAN
Oynamadan qazandıq: Azərbaycan millisindən görünməmiş rekord!
FİFA milli komandaların reytinq siyahısını açıqlayıb. Martın 13-dən sonra yığmaların iştirakı ilə az sayda oyun baş tutsa da, cədvəldə xeyli dəyişikliklər qeydə alınıb.
Bu dəyişikliklər ən çox Azərbaycan millisinin xeyrinə olub. Komandamız son 1 ayda heç bir matça çıxmasa belə, FİFA reytinqinin 20 illik tarixi ərzində özünün ən yüksək nöqtəsinə qalxıb.
Martın 13-də açıqlanan sıralamada 369 xalla 91-ci yerdə olan yığmamızın artıq 398 xalı var. Oynamadan qazanılan 29 xal yığmamızın 6 pillə irəliləməsinə səbəb olub. Hazırda 85-ci pillədə qərarlaşan Azərbaycan millisi indiyədək heç vaxt belə yüksəyə qalxmamışdı.
Mütləq rekorda imza atan komandamız bu günədək ən yaxşı halda 88-ci olmuşdu. Həmin nəticə 2013-cü ilin oktyabrına təsadüf etmişdi. Foqtsun yetirmələri 6 aydan sonra rekordlarını 3 pillə yaxşılaşdırdı. Millimiz ötən ayla müqayisədə Yeni Zelandiya, Toqo, Qabon, Konqo, Uqanda, Konqo DR yığmalarını keçib.
Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki rəqiblərindən İtaliya 1115 xalla 9-cu, Xorvatiya 871 xalla 20-ci, Norveç 551 xalla 56-cı, Bolqarıstan 460 xalla 73-cü, Malta 204 xalla 127-cidir. Ötən ayla müqayisədə sonuncular 7, Norveç 1 pillə irəliləyibsə, digərləri geriləyib. İtaliyalılar 1, xorvatiyalılar 4, bolqarıstanlılar isə 6 pillə geri düşüb.
Reytinq cədvəlinin ilk 2 pilləsində dəyişiklik olmayıb. İspaniya 1460 xalla 1-ci, Almaniya 1340 xalla 2-cidir. Portuqaliya isə 1 pillə irəliləyərək, 3-cü olub - 1245 xal.
İlkin Həsənoğlu
Digər Xəbərlər
2024-04-25 23:46:36
2024-04-25 22:37:33
2024-04-25 22:09:02
2024-04-25 21:40:47
2024-04-25 21:13:55
2024-04-25 20:38:16
2024-04-25 20:15:23
2024-04-25 19:18:24
2024-04-25 17:04:04
2024-04-25 14:00:00
2024-04-25 11:51:57
2024-04-25 10:00:00
2024-04-24 23:48:19
2024-04-24 23:25:10
2024-04-24 22:57:49
2024-04-24 22:42:02
2024-04-24 22:00:15
2024-04-24 21:54:53
2024-04-24 20:49:00
2024-04-24 18:12:31