Bakıda ağır qəza: ana və iki övladı yaralandılar
Bakıda ağır qəza: ana və iki övladı yaralandılar

Bakıda ağır yol qəzası baş verib. Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol qəzası rayonun Mərdəkan qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Rövşən Ədalət oğlu Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobil hərəkətdə olmayan Mansur Əliyevin idarə etdiyi “VAZ 2105” markalı avtomobilə çırpılıb.
Nəticədə “VAZ 2105”in sürücüsünün həyat yoldaşı, 1982-ci il təvəllüdlü Xəyalə Əli qızı Əliyeva, övladları 9 yaşlı Murad və 7 yaşlı Münəvvər ağır bədən xəsarətləri ilə 3 saylı Klinik Xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun 42-ci kilometrliyində qəza qeydə alınıb.
Sabirabad rayonunun Nizami kənd sakini, 1980-ci il təvəllüdlü Quliyev Seymur Vaqif oğlunun idarə etdiyi "VAZ 21015" markalı 20 DB 275 dövlət nömrə nişanlı avtomobil yüksək sürətlə hərəkətdə olarkən yolun kənarındakı avtodayanacağa çırpılıb.
Nəticədə sürücü və onun həmkəndlisi, avtomobildə olan sərnişin, 1974-cü il təvəllüdlü Quliyev Abdulla Məmmədqulu oğlu hadisə yerində ölüblər. Faktla bağlı BDYPİ-də araşdırma aparılır.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, “112 Xidməti”ə Xəzər rayonu Türkan qəsəbəsindən Xaşaxuna bağlarına gedən avtomobil yolunda yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın köməyə ehtiyacı olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən, Suraxanı rayonu və Mərdəkan qəsəbəsi üzrə xilasedicilər qrupu hadisə yerinə çıxıb.
Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, 1984-cü il təvəllüdlü Hüseynov Elşən Məmmədyar oğlunun idarə etdiyi “Mercedes” markalı, 20-CH-329 dövlət nömrə nişanlı minik avtomobili ilə 1955-ci il təvəllüdlü Cəbrayılov Məhəbbət Novruz oğlunun idarə etdiyi “Daewoo” markalı, 10 TE 337 dövlət nömrə nişanlı sərnişin avtobusu toqquşub. Nəticədə avtomobillər ağır deformasiyaya uğrayıb.
Avtomobillərin deformasiyası nəticəsində “Mercedes” markalı avtomobilin sürücüsü sıxılmış vəziyyətdə qalıb və oradan çıxmaq iqtidarında olmayıb.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi xilasetmə alət və avadanlıqlar vasitəsilə sürücünü çıxarıb, hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verərək xilas olunmasını təmin ediblər.
Gecə saatlarında Salyanda baş verən avtoqəzada polis zabiti dünyasını dəyişib.
Salyan rayonunun Yeni Uluxanlı kəndi ərazisində ölümlə nəticələnən ağır avtomobil qəzası baş verib.
“Mercedes-Benz” markalı “99 CZ 678” dövlət nömrə nişanlı avtomobili idarə edən Salyan rayon Qarabağlı kənd sakini, polis zabiti, polkovnik-leytenant, 1959-cu il təvəllüdlü Məmmədağa Nəriman oğlu Qəhrəmanov sərt döngədə avtomobili ağaca çırparaq aşırıb. Nəticədə polis zabiti aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
Qeyd edək ki, Məmmədağa Qəhrəmanov Hacıqabul Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsində çalışırdı.
Faktla bağlı Salyan rayon hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.