Rəsul Quliyevə heç kim ciddi yanaşmır
Rəsul Quliyevə heç kim ciddi yanaşmır

Dəyişkən Eks Spiker

İnglislərin ən fərqli xüsusiyyətlərindən biri Bakının küləyi kimi dəyişkənliyidir. Görünür buna görə də mövqeyini tez-tez dəyişənlərə "inglis bayrağı kimi az dəyiş"- deyilir. Deyəsən uzun illər inglislərin içində yaşayan Rəsul Quliyevdə də belə bir xüsusiyyət yaranıb.
Bir sutka ərzində dörd dəfə mövqeyi dəyişmək. Bir gün çıxıb deyir ki, mən Milli Şuranın namizədi Cəmil Həsənlini namizəd kimi görmürəm. Səhəri gün deyir ki, mən Cəmil Həsənlini dəstəkləyirəm,sabahsa nə deyəcəyi hələ ki, məlum deyil. Görəsən Rəsul Quliyev özü nə istədiyini bilirmi? İndi də açıqlamasında deyir ki, "Mənim seçkilərlə əlaqədar söylədiyim fikirlər obyektiv analizin nəticəsidir".Rəsul Quliyevin bu şəkildə manevr etməsi isə ekspertlər tərəfindən bir mənalı qarşılanmır. Belə ki, Rəsul Quliyevin hər zaman Rusiya ilə sıx bağlı olduğu söylənilir və spikerlikdən o zaman istefaya göndərilməsi də Rusiya amili ilə bağlanılır. Belə ki, Heydər Əliyev zamanında "əsrin müqaviləsi" layihəsinin imzalanması periodunda Rəsul Quliyev açıq şəkildə bunun əleyhinə çıxmışdı və Rusiyanın maraqlarına cavab verəcək bəyanatlar səsləndirmişdi. Amma onun etirazlarına baxmayaraq müqavilə imzalandı. Müqavilənin imzalanmasından sonrada Rəsul Quliyev dəfələrlə Rusiyanın maraqlarına cavab verən bəyanatlar səsləndirdi və nəticəsi göz qabağındadır.İndiki mərhələyə gəldikdə isə Rəsul Quliyevin bir ay öncə Rusiyanın ABŞ-dakı səfiri ilə görüşdüyü və hakimiyyətə gəlmək üçün Rusiyanın baş diplomatı Sergey Lavrova məktub yazdığı bildirilir. Həmin məktubda da açıq şəkildə Rəsul Quliyev göstərirdi ki, o Rusiyanın maraqlarına cavab verəcək addımlar atmağa hazırdır. Amma bunun qarşılığında hakimiyyətə gəlməsi üçün onlardan dəstək istəyirdi. Bununla paralel olaraq Rəsul Quliyev Milli Şura yaranandan sonrada Rüstəm İbrahimbəyova dəstək verərək, təşkilatda Rusiyaya meyilli qüvvələri açıq şəkildə dəstəklədi. Amma AXCP və Müsavatın Rüstəm İbrahimbəyovu yox, Cəmil Həsənlini dəstəkləməsindən sonra Rəsul Quliyev çıxılmaz duruma düşdü. Buna görə də ilk öncə sona qədər Rüstəm İbrahimbəyovu dəstəkləməyə çalışdı və Cəmil Həsənlini aşağılayan bəyanatlar verdi. Ancaq "El" hərəkatının nüfuz itkisinə məruz qalmasını görən kimi Rəsul Quliyev yenə mövqeyini dəyişdi və Cəmil Həsənlini dəstəklədi. Bununla da hesab etdi ki, siyasətdə qalması üçün AXCP-Müsavat cütlüyünün dəstəyini ala biləcək. Amma fakt budur ki, artıq hər iki partiya ona inanmır və seçkilərdən sonra yəqin ki, Rəsul Quliyev bir dəfəlik siyasətdən gedəcək. Rəsul Quliyevin bu addımına isə ASDP sədri Araz Əlizadənin yanaşması daha maraqlı oldu. Partiya sədri "Unikal"a verdiyi açıqlamada bəyan etdi ki, Rəsul Quliyev nə dediyini bilmir:-"Bir gun deyir dəstəkləyirəm, bir gün deyir istəmirəm. Bundansa bir dənə taxta alıb soxsun Cəmil Həsənlinin torbasına və onu gah o başa gah da bu başa fırlatsın. Çünki Rəsul Quliyev hələ də demokratiyadan bixəbərdir". Bir zamanlar Rəsul Quliyevlə eyni partiyada olan Sərdar Cəlaloğluda hesab edir ki, Rəsul Quliyevə ciddi yanaşmağa ehtiyac yoxdur:-" Rəsul Quliyev intuitiv adamdır. Onun müsbət və mənfi fikirlərinə o qədər də önəm vermək lazım deyil. Əslinə qalsa Rüstəm İbrahimbəyov yoxdursa deməli artıq Milli Şurada yoxdur". Beləliklə gördüyünüz kimi Rəsul Quliyevin ciddiliyini artıq müxalifətdə qəbul etmir və bu görünür, Rəsul Quliyevin siyasətdə son günləridir.

Fuad Əliyev