Eldar Namazova ağır zərbə
Eldar Namazova ağır zərbə
Müxalifət artıq "El" hərəkatını qəbul etmir

Milli Şura artıq mahiyyətini tamamı ilə itirir və bu qruma daha müxalifətin vəhdətləşmiş təşkilatı kimi yanaşmaq olmaz. Ən azından ona görə ki, Milli Şura bu gün bir neçə qola bölünüb və daxili gərginlik hər gün artır.
Belə ki, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin seçki qərargahı yaradılandan sonra KAXCP,ALP və ACP proseslərdən narazı qaldılar və demək olar ki, hazırda seçki prosesini baykot etmiş durumdadırlar. Ekspertlər hesab edir ki, AXCP və Müsavatın digər partiyalara göstərdikləri bu etimadsızlıq Milli Şuranı iki yerə parçalayıb. Faktiki olaraq adı çəkilən partiya sədrləri Milli Şuranın iclaslarında iştirak etsələrdə konkret hər hansı addım atmırlar. Bu arada məlum olub ki, artıq "El" hərəkatı Milli Şuranın toplantılarına da qatılmır. "El" hərəkatı üzvlərinin Milli Şuranın ötən gün keçirilən iclasına qatılmaması barədə mətbuatda yayılan söz-söhbətlərə aydınləıq gətirib. "El" hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev Milli Şuranın iclasına müəyyən narazılıqlar ucbatından qatılmamalarını deyib. Onun sözlərinə görə, son günlər "El" üzvlərinin üzləşdikləri təzyiqlərə baxmayaraq şura üzvləri onların müdafiəsinə qalxmayıb.E.Quliyev Milli Şura ilə bağlı narazılıqlarının əsas səbəbini isə koalissiyada təmsil olunan bir neçə müxalifət liderlərinin onları Rusiyaya işləməkdə ittiham etməsi olduğunu vurğulayıb:"Bəli, "El"ə qarşı münasibətlərdən narazılığımız var. Fikir verirsiz bizim işimiz prokurorluqda olsa da, "El"ə qarşı təzyiqlər olsa da bir partiya bizim müdafiəmizə qalxmadı. Bu az fakt deyil. Müəyyən danışıqlar aparacağıq. Bundan sonra Milli Şuranın iclaslarına qatılacağıq. Milli Şuranın fəaliyyət göstərməsinə ən maraqlı tərəf bizik.Belə fikir yaradırlar ki, guya biz Rusiyanın projesiyik. Bu nə münasibətdir? Milli Şuranın ən çox əziyyətini çəkən biz olmuşuq, belə rəftar doğrudurmu?
Bu ziyanlı mövqedir. Vaxt gələcək buna şahid olacaqlar. Bizə irad tutanlar əgər milli proje edə bilirdilərsə, niyə etmədilər?Bu nə deməkdir? Rüstəm İbrahimbəyov Milli Şuranın rəhbəridir. Bu fikrin bir anlamı varmı ki, biz Rusiyanın layihəsiyik"-deyə "El" rəsmisi açıqlama verib. Ekspertlər bunu da bildirir ki, hazırda əsasən Müsavat partiyası bütövlükdə Rüstəm İbrahimbəyov kölgəsindən çıxmağa çalışır və bunun üçündə Rüstəm İbrahimbəyovun bazası rolunu oynayan "El" hərəkatından xilas olmağa çalışırlar. Çünki artıq müxalifət düşərgəsində belə rəy yaranıb ki, əslində Rüstəm İbrahimbəyov hakimiyyətin öz projesi imiş və Rusiya vasitəsi ilə müxalifət düşərgəsinə salınıb. Elə bu günlərdə hərəkatda Rüstəm İbrahimbəyovun ən etibarlı adamının hakimiyyəti dəstəkləməsidə təsadüfü hesab edilmir. Milli Şurada belə bir fikir hakimdir ki, seçkinin indiki mərhələsində belə "El" hərəkatı müxalifətə ağır zərbə vura bilər. Buda qeyd olunur ki, bir neçə həftəyə qədər müxalifəti demək olar ki, idarə edən Eldar Namazovun fəaliyyəti ilə də bağlı artıq şübhəli məqamlar ortaya çıxıb və bu səbəbdən də Eldar Namazova qarşı elə müxalifətin özü ciddi kompaniyaya hazırlıq görür.
Mehdi Əli