"Əli Kərimli, İsa Qəmbər və Eldar Namazova vəzifə söz veriblər"
"Əli Kərimli, İsa Qəmbər və Eldar Namazova vəzifə söz veriblər"

Millət vəkili Sahib Alıyev Milli Şurada təmsil olunan müxalifət liderləri ilə bağlı ittihamlar irəli sürüb.
Deputat Əli Kərimli, İsa Qəmbər və Eldar Namazova Baş nazir, Milli Məclisinin spikeri və Prezident Adminstrasiyasının rəbəri postuna əyləşəcəkləri haqda vədlərin verildiyini iddia edib:
"Moskvadakı üçlük- Söyün Sadıqov, Rüstəm İbrahimbəyov və... gəlin o adamı belə adlandıraq heç kim(artıq o doğrudan da heç kimdir) oturub Putinin Azərbaycana səfərinin başa çatmasından sonra onlara veriləcək tapşırığı gözləyirlər. Bakıdakı üçlük də gözləyir. Rüstəmbəyovun taxta çıxacağı təqdirdə azı iki il ölkənin baş naziri, Milli Məclisinin spikeri və Prezident Adminstrasiyasının rəbəri postuna əyləşəcəkləri vəd edilən cənabları nəzərdə tuturam- Əli Kərimli, İsa Qəmbər və Eldar Namazov. Fəqət hər şey indidən gün kimi aydındır. Moskvadakı üçlüyə hansı tapşırığın verilməsindən asılı olmayaraq Bakıdakı üçlükdən heç kim ona vəd edilən postu tuta bilməyəcək. Əməliyyat artıq sona çatıb. Kimsə kiməsə və yaxud da kimlərəsə üçlük gəlib. Kim?... ".