İTV İsmayıl Ömərovun adamlarından "təmizlənir"
İTV İsmayıl Ömərovun adamlarından "təmizlənir"
Yeni direktor telekanala öz adamlarını gətirir

İTV-də kadr islahatlarına başlanılıb. "Unikal"ın İTV-nin saytına istinadən əldə etdiyi məlumata görə, İctimai Televiziya və Radio Yayımları Şirkətində yeni təyinatlar olub.
Belə ki, Nazim Mürsəlov İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktor müavini, Abbas Rüstəmov İctimai Radionun proqram direktoru, Sənan Orucov reklam və marketinq departamentinin, Zaur Mahmudov isə gənclər, elm və təhsil verilişləri departamentinin direktoru təyin olunub.
Yeni təyinatlar Baş direktor Cəmil Quliyevin təqdimatına əsasən Yayım Şurası avqustun 12-də keçirilən iclasında təsdiqlənib.
Bu təyinatlar İTV-nin yeni rəhbərinin əvvəlki direktorun - İsmayıl Ömərovun kadrlarından qurtulmaq cəhdi kimi qiymətləndirilir. Əldə edilən məlumatlara görə, Cəmil Quliyevin bu cür təyinatları davam etməklə bərabər xüsusilə İsmayıl Ömərovla çox yaxın münasibətlərdə olmuş, hələ də sabiq direktorla əlaqələrini davam etdirən işçilərin İctimai Telviziya və Radio Yayımı Şirkətindən kənarlaşdırılması, onların yeni kadrlarla əvəz olunması prosesi davam edəcək.
Azər Aslan