ATƏT-in Minsk qrupu nəyə hazırlaşır?
ATƏT-in Minsk qrupu nəyə hazırlaşır?
Əhməd Davudoğlunun səfərində ki, müəammalar

Son günlər ATƏT-in Minsk qrupu yenidən aktivləşib və bölgəyə səfər ediblər. Məhz bu səfərdən sonra aydın oldu ki, Azərbaycan və Ermənistan prezidentlərinin də görüşü planlaşdırılır. Düzdür bundan öncədə belə görüş planlaşdırılmışdı. Amma onda prezident İlham Əliyev bildirmişdi ki, ortada real bir şey yoxdursa görüşməyində mənası yoxdur. Amma indi görüş baş tutacaq.
Ekspertlər hesab edir ki, ortada iki məsələ ola bilər. Birincisi belə bir ehtimal var ki, seçkilər öncəsi Ermənistan atəşkəsi pozmağa çalışacaq. Hətta vitse-spiker Ziyafət Əsgərov bildirmişdi ki, Azərbaycanın əlində informasiyalar var ki, Ermənistan ordusu Azərbaycanda prezident seçkiləri zamanı atəşkəsi pozacaq. Ekspertlər düşünür ki, elə prezidentlərin görüşündədə bu məsələ gündəmə gələcək. Amma bir qism ekspert hesab edir ki, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ortada yeni təklif var və prezident seçkilərindən sonra bu təkliflərin həlli reallaşacaq. Bu arada Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Bakıya gəlməsi və Dağlıq Qarabağla bağlı açıqlamalar verməsi də təsadüf hesab edilmir. “Əgər ATƏT-in Minsk Qrupu 20 il ərzində heç nə edə bilməyibsə, o zaman beynəlxalq ictimaiyyətə özünə belə bir sual verməlidir - niyə Azərbaycan torpaqlarının 20 faizi hələ də işğal altındadır?” Bu fikirləri Əhməd Davudoğlu söyləyib.Onun sözlərinə görə, Minsk Qrupuna üzv dövlətlər bu prosesdə fəal iştirak etməlidir: “Bildiyiniz kimi Türkiyə də Minsk Qrupunun üzvüdür və sülh prosesinə dəstək verməyə
hazırdır. Əsas odur ki, münaqişə tez bir zamanda, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunsun”. E. Məmmədyarovda Əhməd Davudoğlu ilə görüşdə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdiklərini təsdiqlədi:- “Eyni zamanda Bakı-Tiflis-Qars layihəsi müzakirə edildi. Bu layihə koalisiya qüvvələrinin Əfqanıstandan çıxarılmasında istifadə üçün nəzərdə tutulan marşrutlardan biridir. Eyni zamanda biz enerji sahəsində sıx əməkdaşlıq etməyin vacibliyinə də toxunduq”.Elmar Məmmədyarov həmçinin bildirib ki, Minsk Qrupunun fəaliyyətindən narazı olmağa əsasımız var:- “Azərbaycan ATƏT-in Minsk Qrupunun fəaliyyətindən narazıdır. Çünki torpaqlarımız bu günə qədər də işğal altında qalmaqdadır”.Nazir bildirib ki, Azərbaycanın həmsədrlərin fəaliyyətindən narazı olmağa obyektiv əsası var: “Biz çox sevinərdik ki, əgər bu müddət ərzində bu ölkələrin vasitəçiliyi ilə irəliləyiş əldə olunsun. Amma bu irəliləyişi görmürük və təbiidir ki, biz də həmsədrlərin işindən narazıyıq”.
İranın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi rolunun mümkünlüyünə gəldikdə Elmar Məmmədyarov bildirib ki, Azərbaycan münaqişənin həlli istiqamətində istənilən ölkədən gələn təklifi alqışlayır: “Biz istəyirik ki, münaqişənin həlli Ermənistanın işğal olunmuş ərazilərdən öz qoşunların çıxarması ilə başlasın”.Ekspretlər hesab edir ki, verilən açıqlamaların tonunda ATƏT-in Minsk qrupuna bir inamsızlıq olsada,əslində son iki ayda ATƏT-in Minsk qrupunun aktivləşməsi yeni mərhələnin başlanığıcı kimi də dəyərləndirilə bilər.
Toğrul Əliyev