Qarabağ veteranının 500 manatını kim yedi?

Son zamanlar məmurların qanunsuz əməlləri ilə bağlı mütəmadi şəkildə şikayətlər, narazılıqlar səslənməkdədir. Seçkilər öncəsi məmurların vətəndaşlara qarşı bu cür biganəliyi və bürokratlığı isə sözsüz ki, ümumi narazılığı artırır. Redaksiyamıza daxil olan şikayət məktubuda elə bu məzmunludur. Belə ki, Avşar kənd sakini Bulud Quliyev 1990-cı illərdə Qarabağ müharibəsinin iştirakçısı olub. Dediyinə görə veteran olması ilə bağlı zamanında bütün sənədləri olsada hər hansı güzəşt, təqaüd almaq üçün sənədlərini lazımi orqanlara verməyibmiş. Amma bir il öncə sıxıntılar yaşadığından sənədlərini yenidən hazırladaraq Müdafiə Nazirliyinə göndərir. Amma həmin vaxt Qarabağ veteranına bildirirlər ki, onun işini qısa müddətdə Xocavənd rayon İcra Hakimiyyətində hüquq şöbəsinin müdiri Təyyar müəllim həll edə bilər. 6-7 ay öncə bacısı rəhmətə gedən şöbə müdiri ilə qarabağ veteranı elə yas yerində görüşür. Şöbə müdiri bildirir ki, işi həll edə bilər. Amma buna görə Müdafiə Nazirliyində və Nazirlər Kabinetində bəzi şəxslərə hörmət etmək lazımdır və bununla bağlı Qarabağ veteranından 500 manat alınır. Və bu günə qədər 500 manatından da olan Qarabağ veteranı sənədlərini qaydaya saldıra bilməyib. Şöbə müdiri isə artıq onu qapıdan içəri buraxmır. Bu səbəbdən də o, dövlət rəsmilərinə müraciət edərək kömək istəyir.Həmçinin məmur özbaşınalığına görə ölkə başçısına və baş prokurora müraciət edib.