Əflatun Amaşov yenidən Azərbaycan Mətbuat Şurasının sədri seçildi
Əflatun Amaşov
yenidən Azərbaycan Mətbuat Şurasının sədri seçildi

Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan jurnalistlərinin VI qurultayı keçirilir. Mətbuat Şurasına sədr seçkisi keçirilib. Səsvermə nəticəsində Əflatun Amaşov yenidən Azərbaycan Mətbuat Şurasının sədri seçilib.
Səsvermə zamanı 246 bülleten olub. Onun 6-sı əsassız sayılıb. Ə. Amaşov 233 səslə sədr seçilib.
Nizamnaməyə düzəlişlərə 240 səslə, yəni 86%-lə razılıq verilib.
Qurultay Mətbuat Şurası İdarə Heyətinin üzvlərini də seçib. İdarə Heyətinin üzvləri aşağıdakı şəxslərdən ibarətdir.
Jurnalist nümayəndələr
Əflatun Amaşov
Vüqar Rəhimzadə
Umud Rəhimoğlu
Rəşad Məcid
Bəxtiyar Sadıqov
Tapdıq Abbas
Aydın Quliyev
Rauf Arifoğlu
İctimaiyyətdən olan nümayəndələr
Vüqar Səfərli
Aqil Abbas
Müşfiq Ələsgərli
Cavanşir Feyziyev
Şamil Vəliyev
Musa Qasımlı
İnternet mediasından nümayəndələr
Vüsalə Mahirqızı
Azər Həsrət
Rasim Əliquliyev