Faiq Ağayev elə maşın sürür ki...
Faiq Ağayev elə maşın sürür ki...

O heç də bahalı avtomobili ilə öyünmür

Azərbaycanın ən gənc xalq artisti, 100% F.A, cənab qızıl şlyager Faiq Ağayev həmkarı Xəyyam Nisanovun tədbirini tərk etdiyi zaman fotokameramızdan qurtula bilmədi.

Daim eksklüzivlərini oxucularla bölüşməkdən çəkinməyən estrada ulduzu cangüdənləri ilə birlikdə avtomobilinə tərəf tələsdi, biz də qəhrəmanımızı görüntüləmək üçün yeyin-yeyin addımladıq. Bəlkə də, fanatlara tanıtmağa lüzum yoxdur, maşallah olsun, xalq artistinin idarə etdiyi avtomobil 2012-ci ildə istehsal olunmuş "Cadillac Escalade - Platinum"dur. Çəkiliş aparmağımız tam ürəyindən olmadığı üçün avtomobilinin salonunu çəkmək istəyimizi irəli sürmək fikrimizdən daşındıq.
Normal bazar qiyməti 130-150 min ABŞ dolları arasında dəyişən avtomobilin şəkillərini yayımlamaqla F.Ağayevin qazancını hesablamaq kimi niyyətimiz yoxdur. Sağlığına qismət, inşallah, daha bahalı markalardan olan avtolar yer tutsun qarajında. Sadəcə, xəbəriniz olsun ki, məhz F.A-dan sonra paytaxt küçələrində onun idarə etdiyi avtomobilinin "bacı-qardaşları"na rast gəlmək mümkündür. Artıq şərhə ehtiyac yoxdur, Ağayev özünü öyməsə də, özəlliyi bu məqamda da özünü göstərir...