Mətbuat Şurası “Unikal”da iclas keçrdi
Mətbuat Şurası “Unikal”da iclas keçrdi

“Unikal” qəzetində jurnalistlər üçün tikilən binadan ev alacaq namizədlərin müəyyən olunması üçün Mətbuat Şurasının İcraçı katibi Rəhim Hüseynovun iştirakı ilə redaksiyada iclas keçirildi.
İclasda çıxış edən “Unikal” qəzetinin baş redaktoru Asəf Rzayev müzakirələrin demokratik olması üçün hər bir şəxsin fikirini bildirməsini təklif etdi. İclasda iştirak edən Mətbuat Şurasının İcraçı katibi Rəhim Hüseynov isə ev alqısı ilə bağlı Mətbuat Şurasının müəyyənləşdirdiyi qaydaları bir daha qəzet əməkdaşlarına xatırladaraq, namizədi bu kriteriyalar üzrə müəyyənləşdirməyi tövsiyyə etdi. Müzakirələrdən sonra qərara alındı ki, ev alqısında iştirak etmək üçün artıq 3 ildən çoxdur ki, “Unikal” qəzetində çalışan Fərzuq Seyidbəylinin namizədliyi verilsin. Təklif yekdilliklə qəbul olundu. Bunuda qeyd edək ki, Fərzuq Seyidbəyli 1991-ci ildən mətbuatda çalışır. Xatırladaq ki, 2010-cu il iyulun 22-də Prezident İlham Əliyev mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayırıb.
İnformasiya şöbəsi