“Onlar müəyyən tədbirlərdə gərginlik yaradırlar”
“Onlar müəyyən tədbirlərdə gərginlik yaradırlar”

"Guya Azərbaycanda etnik azlıqların hüquqlarının
pozulması bəhanəsi ilə Moskvada toplantılar keçirirlər"

“Bu gün Azərbaycanla Rusiya münasibətlərində heç bir problem yoxdur. Bu barədə açıqlama ilə Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edib.
Əli Həsənov bildirib ki, bütün problemlər qarşılıqlı şəkildə hər iki dövlətin maraqları çərçivəsində, bərabərhüquqlu həll olunur: “Təəssüflər olsun ki, son zamanlar Azərbaycanda və Rusiyada bəzi antiazərbaycan və antirus dairələr ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlığın vəziyyətindən narahatdırlar. Bu dairələr münasibətləri pozmağa cəhd göstərirlər. Onlar bəzi KİV-lərdə və müəyyən tədbirlərdə gərginlik yaradırlar. Bunların sırasında onlar guya Azərbaycanda etnik azlıqların hüquqlarının pozulması bəhanəsi ilə Moskvada toplantılar keçirirlər. Müəyyən dairələr Azərbaycanda etnik separatizmi qızışdırmağa cəhd göstərirlər. Həmçinin bəzi təhlil və şərhlərlə guya münasibətlərin pis olduğunu bəyan edirlər”.
Əli Həsənov qeyd edib ki, bütün bu kimi halların qarşısını almaq üçün forumlar və digər tədbirlər keçiririk ki, insanlar həqiqəti görsünlər: “Bütün sahələr üzrə bizim Rusiya ilə ümumi maraqlarımız var. Əlbəttə, Rusiya və Azərbaycan ayrı-ayrı dövlətlərdir, hər ikisinin də ayrı-ayrılıqda üst-üstə düşməyən maraqları da var. Bu maraqlarda da biz qarşılıqlı ortaq nöqtələri tapırıq və bu nöqtələrin kəskinləşməsinə, ziddiyyət yaratmasına imkan vermirik.”