Azərbaycan 2015-ci ilədək mövcud neft emalı kompleksinin inkişafını başa çatdıracaq
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2015-ci ilədək mövcud neft emalı kompleksinin inkişafı üzrə işləri başa çatdırmaq niyyətindədir. Bu barədə "Azərbaycan Dövlət Neft Şirkəti neft-qaz və neft-kimya Forumu"nda çıxış edən ARDNŞ-ın emal üzrə vitse-prezidenti David Məmmədov bildirib.
"Bu il biz Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda ilkin neft emalı qurğusunun istehsal gücünün artırılması üzrə işlərə başlamaq niyyətindəyik və 2014-cü ildə bu işləri başa çatdırmağı planlaşdırırıq. Hazırda texniki-iqtisadi əsaslandırma hazırlanır. Podratçı şirkət seçilib, qısa müddət ərzində "Foster Wheeler" şirkəti ilə müqavilə imzalanacaq" - deyə D.Məmmədov qeyd edib.
Onun sözlərinə görə, bu il Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda benzinin keyfiyyətinin artırılması işlərinə də başlanacaq: "Bu istiqamət üzrə layihə hazırlanır. Layihə 2014-cü ildə başa çatdırılacaq. Bununla əlaqədar UOP şirkəti ilə yaxın gələcəkdə müqavilə imzalanacaq. Eyni zamanda 2012-2013-cü illəri əhatə edəcək dizel yanacağının həcminin artırılması layihəsi də gündəmdədir. İndiyədək dizel yanacağının keyfiyyətinin yaxşılaşdırılması layihəsini başa çatdırmışıq. Hazırda bu yanacaq növü "Avro-2" standartlarına cavab verir".
D.Məmmədov "Azərneftyağ" zavodunda elektrik enerjisinin azaldılması istiqamətində rekonstruksiya işlərinin aparıldığını da vurğulayıb.
Digər Xəbərlər
2024-04-19 00:20:24
2024-04-18 23:58:20
2024-04-18 23:03:45
2024-04-18 21:25:39
2024-04-18 20:34:45
2024-04-18 19:55:41
2024-04-18 19:05:41
2024-04-18 18:57:56
2024-04-18 17:55:00
2024-04-18 17:25:00
2024-04-18 16:47:00
2024-04-18 16:41:26
2024-04-18 16:40:11
2024-04-18 16:00:18
2024-04-18 15:56:24
2024-04-18 15:29:55
2024-04-18 15:20:00
2024-04-18 15:10:00