Prezident İlham Əliyev bir sıra görüşlər keçirib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da Avropa İttifaqının ölkəmizdəki nümayəndəsi Roland Kobianı fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.
Görüşdə ölkəmizlə Avropa İttifaqı arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı, tərəfdaşlıq əlaqələrinin gücləndirilməsində həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olundu, Roland Kobianın əməkdaşlığımızın möhkəmləndirilməsi işinə verdiyi töhfə yüksək qiymətləndirildi, əlaqələrimizin bundan sonra da genişləndiriləcəyinə əminlik ifadə olundu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da Almaniyanın keçmiş xarici işlər naziri Hans-Ditrix Genşeri qəbul edib.
Görüşdə Azərbaycan ilə Almaniya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, sənaye, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, əməkdaşlığımızın bundan sonra da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi.
Söhbət zamanı ikitərəfli münasibətlər, enerji təhlükəsizliyi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.