Ermənistandan maraqlı açıqlama
Ermənistandan maraqlı açıqlama

"Beynəlxalq aləmin" adından verilən bəyanat

Baş verən hadisələr "eşşək" kultunun Qarabağ erməniləri üçün nə qədər əziz olduğunu göstərir.Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.
Mərkəzin direktorunun sözlərinə görə, "Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Ermənistanın və beynəlxalq ictimaiyyətin mövqeyi üst-üstə düşür" fikri Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın tez-tez təkrarladığı fikirdir. O, haraya səfər edirsə, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verərkən Ermənistanın və beynəlxalq ictimaiyyətin mövqeyinin guya üst-üstə düşməsini bildirir:"ATƏT-in Minsk qrupuna həmsədr ölkələrin prezidentləri 2009-cu ildə Böyük Sülh Müqaviləsinin imzalanmasını ciddi şəkildə tövsiyə ediblər. Ermənistanın prezidenti və xarici işlər naziri 2009-cu ildən etibarən bir dəfə də olsun "Böyük Sülh Sazişi" ifadəsini dillərinə gətirməyiblər (bu hadisənin şahidi olan varsa, bildirsin). ABŞ Prezidenti və dövlət katibinin son müraciətlərində, ABŞ Dövlət Departamentinin ənənəvi illik hesabatında Dağlıq Qarabağın Azərbaycan ərazisi kimi təqdim edilməsi heç kimə sirr deyil. ABŞ-ın fikrincə, status-kvo dəyişilməlidir və Ermənistan bunu mümkün qədər tez etməlidir. Rəsmi Paris hər fürsətdə Dağlıq Qarabağın Azərbaycana məxsusluğunu və Azərbaycanın ərazi bütövlüyünə Fransanın dəstəyini bildirir. Rəsmi Moskva yaxınlarda xarici işlər naziri Sergey Lavrovun dili ilə Ermənistandan Azərbaycanın torpaqlarını qaytarmağı tələb etdi. Əvəzində Azərbaycan Ermənistanı blokadadan çıxarmaldıır. Lavrovun ermənilərə yaxınlığı da heç kimə sirr deyil. Avropa İttifaqı dəfələrlə Azərbaycanın ərazi bütövlüyünə dəstək verib".
Politoloqun fikrincə, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin BMT-də müzakirəsindən qaçır. AŞPA-da Dağlıq Qarabağla bağlı Alt Komitənin yaradılmamasının da günahı rəsmi Yerevanın üzərindədir. Yaxın coğrafiyaya aid ölkə və qurumlar içərisində yalnız İranın mövqeyi Azərbaycanın ərazi bütövlüyünə dəstəyin yanında deyil:
"Belə olan təqdirdə ortalığa sual çıxır: Nalbandyan "beynəlxalq ictimaiyyət" dedikdə kimi nəzərdə tutur?
Edvard Nalbandyanın prezidenti S.Sərkisyanın Qarabağ mənşəli olduğu bəllidir. Qarabağ ermənilərinin çox məşhur ləqəbi var - "Qarabağ eşşəyi". Hər il Rusiyadan bir dəstə imkanlı qarabağ ermənisi gəlib Dağlıq Qarabağda eşşək yarışı keçirir. Bütün iştirakçıların hər birisinin 100 dollar qazanması şəksizdir. Birinci yer tutan eşşək isə sahibinə 3000 dollar qazandırır. Qarabağda 3000 dollar hədsiz böyük puldur. Bu həm də "eşşək" kultunun Qarabağ erməniləri üçün nə qədər əziz olduğunu göstərir.Ola bilər, Nalbandyan "beynəlxalq ictimaiyyət" dedikdə, Qarabağ eşşəyini nəzərdə tutur. Amma Dağlıq Qarabağ tənzimləməsi ilə bağlı seçim edə bilməyən Nalbandyan və onun prezidentinin davranışı başqa bir eşşək nümunəsi ilə də izah oluna bilər. Bu, Buridan eşşəyidir. Rusiya ilə Qərb arasında vurnuxan rəsmi İrəvanın davranışı ac və susuz Buridan eşşəyinin suya və yeməyə baxması ilə müqayisə oluna bilər.
Görünür, Ermənistan rəhbərliyi üçün beynəlxalq ictimaiyyətin digər qanadı da Buridan eşşəyidir".
Fuad Əliyev