"Real"ın baş məşqçisi Karlo Ançelotti 2023/24 mövsümünü dəyərləndirib.

"Unikal" xəbər verir ki, mütəxəssis bu haqda La Liqanın 37-ci turunun "Alaves"lə oyunundan (5:0) sonra danışıb.

Ançelottinin komandası 4 tur əvvəl La Liqada çempionluğu rsmiləşdirib. Baş məşqçi isə bu mövsümü karyerasının ən uğurlu mövsümü adlandırıb:

“Komandamızın istedadlı, gənc və keyfiyyətli futbolçulardan ibarət heyəti var. Hazırda əlimizdə olan gənc oyunçuların dəyərini nəzərə alsaq, bu klub gələcəkdə xüsusi bir dövr yaşaya bilər. Bu, məşqçi karyeramda ən yaxşı mövsümüm idi. Komanda La Liqada fantastik çıxış etdi. Biz çempionluğu ləyaqətlə qazandıq. Hamı ponksiyon gözləyirdi, amma olmadı. Biz xoşbəxtik. Ancaq davam etməliyik, çünki ən vacib oyunu hələ oynamamışıq”.

Qeyd edək ki, "Real" Çempionlar Liqasının finalına da vəsiqə qazanıb. Komanda bu mərhələdə Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək.