32 illik fasilədən sonra Şuşa şəhəri öz əzəli sakinlərini qarşılayır.

"Unikal" xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb. 

Qeyd edək ki, Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirilib. Yeni yaşayış massivində 370 ailənin mənzillə təmin olunacağı bildirilib.