"Parlament seçkilərinin vaxtı ilə bağlı hələ son qərar yoxdur. Amma buna baxmayaraq Yeni Azərbaycan Partiyası bütün seçkilərdə yalnız seçki ərəfəsində yox, seçkilər arası müddətdə də prosesə hazırlıq aparır".

"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.

O bildirib ki, hazırda parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçirilir.

Anar Kəlbiyev