Latviyada Qələbə Günü aksiyalarında Georgi lenti taxdıqlarına görə 6 nəfər saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, sökülən hərbi abidələrin yerinə gül dəstələri qoyulub: "Salaspilsdəki memorialda polis onların tələblərinə tabe olmayan bir şəxsi saxlayıb. Həmçinin Salaspilsdə guya Rusiyanı vəsf edən mahnılar oxuyan 3 nəfər saxlanılıb və onlardan biri Müqəddəs Georgi lenti taxıb. Dauqavpilsdə bel çantasında Georgi lenti olan vətəndaş da tutulub".
Ağarza Elçinoğlu