Dövlət Duması Mixail Mişustini yenidən Rusiyanın Baş naziri vəzifəsinə təsdiqləyib.

"Unikal" xəbər verir ki, məlumatı TASS yayıb.

*** 09:36

Rusiya Prezidenti Vladimir Putin ölkənin baş naziri vəzifəsinə Mixail Mişustinin namizədliyini irəli sürüb

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, ilk dəfə hökuməti formalaşdırmaq hüququ əldə edən Dövlət Duması mayın 10-da saat 14:00-da hökumət başçısının təsdiqi məsələsi ilə bağlı plenar iclas keçirəcək.
 

***08:50

"Rusiya prezidenti Vladimir Putinin Dövlət Dumasına Mixail Mişustini yenidən hökumət sədri vəzifəsinə namizədliyini təklif edib".

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin "Telegram" kanalında yazıb. 

“Prezident Vladimir Vladimiroviç Putin Dövlət Dumasına Mixail Vladimiroviç Mişustinin hökumət sədri vəzifəsinə namizədliyi ilə bağlı təklif təqdim edib”,- o, qeyd edib. 

Volodin əlavə edib ki, mayın 10-da deputatlar bu məsələ ilə bağlı öz seçiciləri adından qərar qəbul edəcəklər. Nazirlər Kabinetinin rəhbəri vəzifəsinə namizədliyin müzakirəsi bütün fraksiyalarda aparılacaq. Dövlət Dumasının plenar iclası keçiriləcək, onun əvvəlində Mişustin məruzə ilə çıxış edəcək. Bundan sonra deputatların sualları və siyasi fraksiyaların çıxışları dinləniləcək və sonda Hökumət sədrinin namizədliyinin təsdiqi məsələsi üzrə səsvermə keçiriləcək.

Xatırladaq ki, mayın 7-də Mixail Mişustinin rəhbərlik etdiyi Rusiya hökuməti Vladimir Putinin fərmanı ilə istefa verib. Bu, prezidentin andiçmə mərasimi ilə bağlıdır, ondan sonra qanunla hökumət istefaya getməlidir. 

Gülayə Mecid