Birinci Qarabağ müharibəsi zamanı itkin düşən və 30 ildən sonra meyitinin qalıqları tapılan Ağayev Ayazla vida mərasimi keçirilir.

"Unikal" xəbər verir ki, şəhidlə İsmayıllının Hacıhətəmli kəndindəki evində vida mərasimi keçirilir.

Şəhid Ayaz Ağayevin qalıqları İsmayıllının Hacıhətəmli kənd qəbiristanlığında, atasının məzarının yanında dəfn olunacaq.