Mingəçevir sakinini bıçaqlayan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov "Unikal"a bildirib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Zaur İsmayılova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Elgiz Mustafayev saxlanılıb. Araşdırmalar davam etdirilir.

XXX

08:53

Mingəçevir sakini naməlum şəraitdə bıçaq xəsarəti alıb

"Unikal"ın məlumatına  görə hadisə şəhər ərazisində baş verib. Belə ki, 1986-cı il təvəllüdlü şəhər sakini İsmayılov Zaur Ramazan oğlu naməlum şəraitdə bıçaq xəsarəti alıb. Ağır vəziyyətdə özünü xəstəxanaya çatdıran 38 yaşlı kişi əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Hüquq- mühafizə orqanları tərəfindən hadisənin təfərrüatları araşdırılır. 

Ehtiram Muradov