Rusiya Daxili İşlər Nazirliyi Ukrayna prezidenti Volodimir Zelenskini axtarışa verib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya DİN-nin məlumat bazasında məlumat yerləşdirilib.

Ukrayna dövlət başçısının Rusiya Cinayət Məcəlləsinin hansı maddəsi ilə axtarışa verildiyi qeyd olunmayıb.

Rusiya DİN eyni zamanda Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonu cinayət işi üzrə axtarışa verib.