İsrailin işğalı altında olan Qəzza zolağında Nasser xəstəxanasının bağçasında daha bir kütləvi məzarlıq aşkarlanıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qəzza hökuməti açıqlama yayıb. 

Bildirilir ki, Nasser xəstəxanasının bağçasındakı kütləvi məzarlıqda daha 35 nəfərin meyiti tapılıb.  Bununla da,  aşkarlanan meyitlərin sayı 310-a yüksəlib. 

Əksəriyyəti qadın, uşaq və qocalara aid olan meyitlərin üzərində edam izlərinin olduğu, bəzi meyitlərin əlləri qandallı, paltarları çıxarılaraq soyuqqanlılıqla öldürüldüyü məlum olub.

Zərifə Nağıyeva