Rusiyanın İstintaq Komitəsinin əməkdaşları tərəfindən saxlanılan müdafiə nazirinin müavini Timur İvanov azı 1 milyon rubl rüşvət almaqda şübhəli bilinir.

Bu barədə “Unikal” TASS-a istinadən xəbər verir.

Qeyd edilir ki, Cinayət Məcəlləsinin ona qarşı irəli sürülən maddəsinə görə, məmuru 15 ilədək həbs cəzası gözləyir.

XXX

22:32

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb. 

"Unikal" TASS-a istinadən xəbər verir ki, o, rüşvət almaqda şübhəli bilinir. 

İvanov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi ilə təqsirli bilinib.