24 fevral 2022-ci ildən Ukrayna Silahlı Qüvvələrinin ümumi itkiləri təxminən 500 min hərbçi təşkil edib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu açıqlayıb. 

"Vaşinqton Rusiyaya qarşı mübarizədə maraqlarına görə Ukrayna Silahlı Qüvvələrinin dağılmasının qarşısını almaq üçün Kiyev rejiminə 61 milyard dollar ayırmaq niyyətindədir. Xüsusi hərbi əməliyyat başlayandan bəri Ukrayna Silahlı Qüvvələrinin ümumi itkiləri demək olar ki, yarım milyon hərbçidən ibarətdir", - nazir Rusiya Müdafiə Nazirliyinin kollegiya iclasında bildirib.

Ağarza Elçinoğlu