"İranın atom bombası yaratmaq üçün kifayət qədər zənginləşdirilmiş urana sahib olmasına aylar yox, həftələr qalıb".

"Unikal" xəbər verir ki, bunu  Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi alman nəşrinə müsahibəsində deyib. 

Onun sözlərinə görə, İranda uranın zənginləşdirilməsi səviyyəsi demək olar ki, nüvə silahının yaradılması üçün lazım olan səviyyəyə çatdırılıb ki, bu da narahatlıq doğurur. Bununla belə, Qrossi əlavə edib ki, İranın artıq belə silahlara malik olması qənaətinə gəlmək olmaz.

 Gülayə Mecid