Yaponiyanın Tokio şəhərindəki universitetdə çalışan çinli professor Fan Yuntaodan 2023-cü ildən bəri heç bir xəbər olmadığı bildirilir.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  Asiya Universitetinin müəllimi olan çinli professor Fan ötən ilin fevralında Çinin Şanxay bölgəsinə getdikdən sonra yoxa çıxıb.

Fan Tokioda yaşayan ailəsinə müvəqqəti olaraq ölkəsinə gedəcəyini və 2023-cü ilin aprelinə qədər Yaponiyaya qayıdacağını bildirib. Bir il keçməsinə baxmayaraq Fandan xəbər yoxdur.  

Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Hayashi Yoşimasa verdiyi açıqlamada vəziyyətin illərdir bir Yaponiya universitetində dərs deyən professorun insan haqları ilə bağlı olduğunu və çinli professorun itməsi ilə bağlı hadisələri yaxından izlədiklərini bildirib. Fan universitetdə beynəlxalq hüquq və siyasət üzrə ekspert kimi tanınır.