Tavuşun Kirants kəndinin inzibati rəhbəri Kamo Şahinyan istefa verməyəcək. 

"Unikal" xəbər verir ki, kənd rəhbəri bu gün istefa verdiyi ilə bağlı açıqlamasını təkzib edib. 

"Mən istefa verməyəcəyəm", - deyə o bildirib. 

***11:05

Ermənistanın Tavuş vilayətinin Kirants kəndinin rəhbəri istefa verib. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Kamo Şahinyan qərarını kənd bələdiyyəsinin yaxınlığında toplaşan sakinlərə çatdırıb. 

İstefaya səbəb isə dünən baş nazirin müavini ilə baş tutan görüşün nəticəsiz keçməsi, hökumətin icma başçılarının sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı təkliflərini qəbul etməməsidir.

Qeyd edək ki, Qazaxın 4 kəndinin Azərbaycana qaytarılmasından sonra, həmin kənd sərhəddə qalacaq və oradan sözügedən kəndlərə yol çəkiləcək. 

Ağarza Elçinoğlu