İspaniyanın baş naziri Pedro Sançes NATO-nun Polşada keçirdiyi canlı atəş təlimi zamanı bir ispan hərbçinin öldüyünü açıqlayıb.

"Unikal" xəbər verir ki,  o, "X" sosial şəbəkəsi vasitəsilə hərbçinin ailəsinə başsağlığı verib.

"Mən NATO-nun hərbi təlimləri zamanı Polşada baş vermiş insident nəticəsində bu gün həlak olan ispan kapralının ailəsinə və yaxınlarına səmimi başsağlığımı çatdırmaq istəyirəm", - baş nazir yazıb.

Öz növbəsində, İspaniya ordusu bu şəxsin taktiki canlı atəş manevrləri zamanı həlak olduğunu bildirib.