Tayvanda 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Hualien şəhərindən 6 kilometr şərqdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.