Bir müddət əvvəl Diaqnoz Tibb Mərkəzində əməliyyat olunan Cəlilabad rayon sakini Samir Arif oğlu Ağayevin həyatını xilas edən tibbi heyətə təşəkkür məktubu ünvanlayıb.

"Unikal" sözügedən məktubu təqdim edir: 

"Uzun illər uğurlu fəaliyyəti ilə hörmət sahibi olan Diaqnoz Tibb Mərkəzinin Baş Həkimi Ələddin Cabbarov başda olmaqla Mərkəzin bütün tibbi heyətinə, xüsusən Ümumi Cərrah Tərxan Yusifov həkimə, Əməliyyatxana blokunun böyük tibb bacısı Aysel xanım Nazarovaya və digər tibb işçilərinə, hər bir kəsə mənə göstərdikləri xüsusi diqqət vəqayğıya görə dərin təşəkkür edirəm.

Məni Cəlilabad rayonundan çox ağır, ölümcül vəziyyətdə bura gətiriblər. Məhz Diaqnoz Tibb Mərkəzinin həkimləri məni sağaltdı, yaşamağa ümid, güc verdi. Nə yaxşı ki, belə xəstəxanalar, belə həkimlərimiz var.

Əməliyyatdan öncə və sonra mənə çox yüksək səviyyədə qulluq edildi, yaxşı diqqət və böyük ehtiram göstərildi. Diaqnoz Tibb Mərkəzində həkimlər xəsətələrə o qədər gözəl xidmət göstərirlər ki, elə xəstələr səmimiyyətdən, həkimlərin onlara söylədiyi xoş söz və mülayim rəftarlarından rahatlıq tapırlar. Yaşamaq həvəsləri daha da artır.

Və bir məqamı da diqqətə çatdırmaq istərdim ki, bütün iş prinsiplərinə riayət edən bacarıqlı tibb işçiləri xəstələr tərəfindən hər zaman çox sevilir. Bir sözlə DiaqnozTibb Mərkəzinin həkimləri vəzifə borclarını
böyük şərəf və ləyaqətlə, ən əsası vicdanla yerinə yetirirlər.

Bütün bunlar Diaqnoz Tibb Mərkəzinin Baş Həkimi Ələddin Cabbarovun rəhbərliyinin səyi nəticəsindədir. Ulu Tanrıdan Sizə cansağlığı arzulayır, xəstələr üçün həmişə inam, ümid və etibar yeri olmağınızı diləyirəm".