Nigeriyanın Plato əyalətində çobanlarla fermerlər arasında qarşıdurma baş verib. 

"Unikal" xəbər verir ki, ölkədəki Gənclər Hərəkatının Milli sədri Sunday Dankaka jurnalistlərə açıqlamasında, çobanların əyalətin Manqu və Kuru bölgələrində silahlı hücumlar həyata keçirdiyini bildirib.

Hücumlarda 21 nəfərin həyatını itirdiyi, çox sayda insanın isə yaralandığı qeyd edilib.

Zərifə Nağıyeva