“Yaşıl dünya naminə Həmrəylik ili” çərçivəsində YAP Yasamal Rayon Təşkilatı, “K.Kazımzadə 100a” ( AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi ) ərazi partiya təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.

"Unikal" xəbər verir ki, aksiyada YAP Yasamal rayon təşkilatının rəhbərliyi və əməkdaşları, Ekologiya və Təbii Sərvətlər Nazirinin müavinləri və əməkdaşları, Yasamal Rayon İcra Hakiminin müavini, YAP Yasamal  ərazi partiya təşkilatlarının sədr və müavinləri, partiya fəalları və fəal gənclər iştirak edib.

Ağacəkmə aksiyasının keçirilməsində məqsəd yaşıllıqların artırılmasını, ekoloji tarazlığın qorunmasını təşviq etməklə ətraf mühitin qorunması və sağlamlaşdırılmasına töhfə verməkdir.

Qeyd edək ki, aksiya çərçivəsində 150 nəfərin iştirakı ilə 1000-ə yaxın ağac əkilib.