Keçmiş ulduz futbolçu David Bekhem həyat yoldaşı Viktoriya Bekhemi kürəyində daşıyıb. 

"Unikal" xəbər verir ki, 48 yaşlı Davidin bu hərəkəti sosial media istifadəçiləri tərəfindən rəğbətlə qarşılanıb.

Bildirilir ki, Viktoriya Bekhem Londonda təşkil edilən ad günü şənliyində ayağını zədələyib. Bu səbəbdən David xanımını maşına qədər kürəyində daşımalı olub. 

Zərifə Nağıyeva