Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

"Unikal" xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Heydər Əliyev prospekti mərkəz istiqamətində;

2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

4. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

5. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

6. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

7. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

8. Babək prospekti, mərkəz istiqamətində;

9. Ziya Bünyadov prospekti, Olimpiya stadionunun qarşısından "20 Yanvar" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.