M2 Ermənistan-İran dövlətlərarası avtomobil yolunun 234-cü kilometrliyində sel baş verib.

"Unikal" erməni mediasına istinadən xəbər verir ki, nəticədə yolun Ltsen-Tatev hissəsi bağlanıb.

Qeyd olunur ki, hər iki istiqamətdə bütün növ nəqliyyat vasitələrinin hərəkəti dayanıb.

Hazırda ərazinin təmizlənməsi və hərəkətin bərpası istiqamətində işlər aparılır.