Məşhur futbolçu Lionel Messinin də formasını geyindyi "İnter Mayami" MLS-də 10-cu tur oyununa çıxıb.

"Unikal"  xəbər verir ki, komanda DVR stadionunda "Naşvil"lə qarşılaşıb. "İnter Mayami" rəqibini 3:1 hesabı ilə məğlub edib.

2-ci dəqiqədə "İnter Mayami"nin futbolçusu Franko Neqri topu öz qapısına göndərib.

Lionel Messi 11-ci dəqiqədə fərqlənərək hesabı bərabərləşdirib. 39-cu dəqiqədə Serxio Busqets qapını dəqiq nişan alıb və komandasını önə keçirib. 81-ci dəqiqədə Messi penaltini dəqiq yerinə yetirərək dubl edib və görüşdə son nöqtəni qoyub - 3:1. 

Qeyd edək ki, hazırda turnir cədvəlində "İnter Mayami" 18 xalla liderdir.